Əməkdar pilot “Azercell”i MƏHKƏMƏYƏ VERDİ

İKT 18 yan 2023, 12:37
Prezident tərəfindən təltif olunan əməkdar pilot “Azercell”i məhkəməyə verib.

Demokrat.az
-ın məlumatına görə, iddiaçı Cəfərov Otello Ramiz oğlu mülki iş problemi ilə əlaqədar olaraq “Azercell Telekom” MMC və Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunu məhkəməyə verib.

İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılacaq.

Bu günə qədər tərəflər arasında dörd proses keçirilib. Lakin iclaslardan biri baş tutmayıb. Növbəti proses 26 yanvar tarixinə təyin edilib.

Məlumat üçün qeyd edək ki, Cəfərov Otello 2018-ci 31 may tarixində Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “əməkdar pilot” adı ilə təltif edilib./Tribunainfo.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top