Hesablama Palatası Naxçıvanda yoxlamalar aparacaq — RƏSMİ

GÜNDƏM 17 yan 2023, 14:15
Hesablama Palatası Naxçıvanda müxtəlif dövlət qurumlarında araşdırmalar aparacaq.

Bu barədə “Report”a açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

"Araşdırmanın nəticəsi bu ayın sonu məlum olacaq", - deyə sədr bildirib.

Xatırladaq ki, ötən gün "Naxçıvan Dəmir Yolları" MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top