Bəşər Əsəd Ərdoğanla görüş şərtini AÇIQLADI

REGİON 13 yan 2023, 19:45
Türkiyə ilə Suriya arasında 11 ildən sonra ilk təmasdan sonra xarici işlər nazirlərinin görüşməsi gözlənilərkən, Suriya prezidenti Bəşər Əsəd mətbuata açıqlama verib.

Demokrat.az türk mediasına istinadən xəbər verir ki, B.Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün şərt irəli sürüb.

Ötən həftələrdə Moskvada müdafiə nazirləri iştirakı ilə keçirilən Suriya görüşündən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə, Suriya və Rusiya arasında fevralda yeni görüşün keçirilə biləcəyini bəyan edib. 

Əsəd Dəməşqdə Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. İkili kəşfiyyat rəhbərləri və müdafiə nazirlərini bir araya gətirən üçtərəfli danışıqları müzakirə edib və xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində davam etdirilməsi planlaşdırılır. 

Əsəd danışıqlardan konkret nəticə əldə etmək üçün öz şərtini təqdim edib. O, Suriyanın şimalındakı əməliyyatlara son qoyulmasını tələb edib: "Bu cür danışıqların məhsuldar olması, Dəməşqin gözlədiyi konkret hədəflərə çatması üçün Rusiya ilə Suriya arasında əvvəlcədən koordinasiya və planlaşma aparılaraq hazırlanmalıdır".

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top