“Balansdan oğurluq edirlər, müştəriləri aldadırlar” — "Azercell"in fırıldaqlıqları bitmək bilmir

İKT 10 yanvar 2023, 17:18
"Azercell kimi mobil operatorlarda  balans sisteminə gərək şəxs özü diqqət yetirsin. Əgər vətəndaş istəmirsə ki aldadılsın, onda birbaşa olaraq öz balansına ciddi nəzarət etməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçı qeyd edib ki, bu hallara nəzarət edilməsə, o zaman həmin proses kütləvi hala çevrilə bilər:

"Ümumillikdə, tək "Azercell" deyil, bəzi mobil operatorlar da bu cür hesablamalar aparılır. Məhsul aldıqda ona nəzarət olunmama mexanizmi sonda vətəndaşın cibində olan pulunun yüksək məbləğdə xərclənməsinə gətirib çıxarır. Bu cür operatorlar internet paketlərdən, müxtəlif formada onun reklamlarından istifadə edirlər. Həmin reklamlar da müvəqqəti xarakter daşıyır. Sms gəldikdə, vətəndaş o reklamı daimi almağa qoşulur, ancaq imtina etdikdə müəyyən dövrdən sonra vətəndaşın balansında müəyyən məbləğdə artıq vəsait çıxılır. Hesab edirəm ki, operator kütləvi narazılığı nəzərə alaraq, artıq öz siyasətində dəyişiklik həyata keçirməlidir".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top