Rusiyalı rejissor və Kinematoqrafçılar İttifaqının sədriNikita Mixalkovağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, rejissor Mixalkov yanvarın 5-də reanimasiyaya yerləşdirilib.
O, 67 saylı Şəhər Kliniki Xəstəxanasından ora köçürülüb. Rejissora koronavirusun səbəb olduğu pnevmoniya diaqnozu qoyulub.
Bununla belə, rejissorun mətbuat xidmətiMixalkovaadi qrip diaqnozu qoyulduğunu bildirib.
Qeyd edək ki,Oskar mükafatçısının xəstəxanaya yerləşdirilməsi yanvarın 5-də məlum olub.
Leyla Demokrat.az

