İdman

Ronaldonun “Əl Nəsr”dəki təqdimatı DÇ finalını arxada qoydu

Ronaldonun “Əl Nəsr”dəki təqdimatı DÇ finalını arxada qoydu

Kriştianu Ronaldunun “Əl Nəsr”dəki təqdimatı Dünya Çempionatının finalından daha çox izləyici toplayıb.

Məlumata görə, 37 yaşlı hücumçunun ərəb klubunda ilk dəfə görüntülənməsi dünyanın 40 kanalından 3 milyarda yaxın tamaşaçı auditoriyasına çatdırılıb.

Eyni zamanda, Argentina və Fransa millilərinin qarşılaşdığı (3:3, pen. 4:2) Qətərdə keçirilən dünya çempionatının finalını bütün dünyada 2 milyard insan izləyib.//Oxu.az

D
demokrat.az