Ukrayna ordusu Belarus sərhədində hazır dayanıb

REGİON 05 yan 2023, 23:44
Ukrayna ordusu Rusiyanın hücumları qarşısında öz torpaqlarını qorumaq əzmindədir.

Demokrat.az
"CNN türk"ə istinadən xəbər verir ki, Belarusla sərhəddəki əsgərlər şimaldan ehtimal olunan hücuma hazırlıqlıdırlar.

Ukraynanın qərbindəki Volin əyaləti Belarusla həmsərhəddir. Buna görə də əsgərlər burada ola biləcək hücuma qarşı daima hazır vəziyyətdədirlər. 

Əsgərlər min kilometrlik sərhəddə keşik çəkir. Məhz 100-cü briqada növbə duranlar arasında ən çox diqqətçəkənlərdir. Çünki bu bölük könüllü əsgərlərdən ibarətdir. Üstəlik, təqribən 200 kilometrlik ərazinin mühafizəsi bu bölüyə həvalə olunub.

Müharibəyə baxmayaraq, sərhəd xəttində həyat mübarizəsi davam edir. Yaşadıqları əzablara baxmayaraq, bir çox ukraynalı bölgəni tərk etməməkdə qərarlıdır.

Zamiq
Demokrat.az








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top