Yevlaxda həmkəndlisini döyən gəncə hökm oxundu

HADİSƏ 04 yan 2023, 13:16
Yevlaxda iki şəxs arasında dava düşüb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 26-da rayonun Malbinəsi kəndində baş verib. 

1996-cı il təvəllüdlü Tural tanışı Rahib adlı şəxsə  xəsarət yetirib.

Tural kənddə olan çayxanada digər şəxslə domino oynayan Rahib ilə kobud zarafat edib.

Bu zaman Tural Rahiblə mübahisə edib, ona qarşı uca səslə nalayiq söyüşlər söyüb. Daha sonra Rahibi döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır: “Rahib mənim həmkəndlimdir, eyni zamanda da onunla qonşuluqda yaşayıram. Rahib ilə münasibətlərimiz əvvəllər yaxşı olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat 13:00 radələrində  yaşadığı Malbinəsi kənd çayxanasında Rahibin  domino oynadığını görüb: “Onlara yaxınlaşaraq, kənarda dayanıb oyunu izlədim. Rahib ilə əvvəllər aramızda söyüşlə zarafatlarımız olduğundan həmin gün də çayxanada söyüşlə zarafat etməyə başladı. Həmin vaxt Rahibin mənimlə zarafat etməsindən əsəbləşərək onunla mübahisə etdim. Mübahisə zamanı əsəbi olduğumdan Rahibi sol göz nahiyəsindən bir dəfə yumruqla vurdum. Bundan sonra çayxanada olan İsmayıl və Mehbalı adlı həmkəndlilərimiz məni sakitləşdirdilər”. 

Cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb. Tural qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 8 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top