Qobustanda yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürüldü— YENİLƏNİB (FOTOLAR/VİDEO)

HADİSƏ 03 yan 2023, 10:11
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.

Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***09:40

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. 

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.

Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

***09:02

Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.

“Qafqazinfo”nun məlumatıma görə, hadisə səhər saatlarında qeydə alınıb.

Hadisə zamanı yanacaq daşıyan tırla kamazın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaq daşıyan maşın yanır: “FHN-in qüvvələri dərhal hadisə yerinə gediblər. Əlavə məlumat veriləcək”.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top