Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

HADİSƏ 02 yan 2023, 13:12
Daxili İşlər Nazirliyində yeni təyinatlar olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis və komandir təyin edilib.

Demokrat.az xəbər verir ki, rəis vəzifəsinə polis mayoru Füzuli Əsədov, komandir vəzifəsinə isə polis leytenantı Namiq İmanov təyin edilib. 

F.Əsədov bu təyinata qədər Xızı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, N.İmanov isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inispektoru vəzifəsində çalışıb. 

Qeyd edək ki, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə Xaçmaz rayon Polis şöbəsinin DYP-nin rəisi daxili işlər orqanlarının sərəncamına götürülüb, bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə orqandan xaric edilib.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top