İsmayıllıda avtomobillər toqquşub, yaralılar var

HADİSƏ 02 yan 2023, 09:23
İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-21099 və “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Nəticədə VAZ-ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top