Bakıda ağır yol qəzası: ölənlər var — YENİLƏNİB (FOTO/VİDEO)

HADİSƏ 01 yan 2023, 17:34
Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. 

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. 

Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır. 

***14:57

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə Demokrat.az-aTƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

***13:57

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***13:10

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.




 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top