“Qısa müddətdə Xankəndi və ətrafındakı əraziləri nəzarətimizə almalıyıq” — ŞƏRH

QARABAĞ 30 dek 2022, 21:55
“Ruben Vardanyanın simasında Qarabağın dağlıq hissəsində separatizmin yeni dalğası baş qaldırır. Bu da bölgədə gərginliyi ilk növbədə artıran əsas faktorlardan biridir. Təbii ki, onlar bununla 1988-ci ilin ssenarisini yenidən təkrarlamaq istəyirlər. Düşünürlər ki, bu dəfə alınar və yenə də Rusiya dövlətinə güvənirlər”. 

Bu fikirləri siyasi şərhçi Əhəd Məmmədli Demokrat.az-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Moskvanın Qarabağla bağlı ciddi planları var:

“Düşünürəm ki, onlar Vardanyan fiqurunu şişirdib və onu ermənilərin xilaskarı kimi göstərmək istəyirlər. Bununla da, separatçı Arayik Arutyunyanı və onun komandasını kölgədə qoymağa çalışırlar. Rusiya yenidən 1988-ci ildəki prosesləri təkrarlamağa çalışır. 

Düzdür, o zamanlar Azərbaycanın daxilində təlatümlər var idi, müstəqlilik uğrunda mübarizə başlamışdı və bu proseslərin də sonunda, dövlətimiz möhkəmlənənə qədər bəzi ərazilərimizi itirmişdik. Amma indi o əraziləriin böyük hissəsini qaytarmışıq, indi isə sülhməramlıların nəzarətində olan hissəsi qalıb. Düşünürəm ki, yeni separatizm ocağının yenidən baş qaldırmaması üçün bu məsələyə yağlı bir nöqtə qoymalıyıq. Qısa müddətdə Xankəndi və onun ətrafındakı əraziləri nəzarətimizə almalıyıq. Bunun başlanğıcı kimi də artıq Laçın yolunda sərhəd qoşunlarımızın postları qurulmalıdır. Yəni, tam olaraq Laçın yolunu nəzarətə götürməliyik”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top