Deputatdan məcburi köçkünlərlə bağlı təklif

SOSİAL 30 dek 2022, 14:37
Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında öncə ilin yekunlarından bəhs etdi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı son 200 ildə ilk dəfə məğlub xalqdan qalib xalqa çevrildi”-deyən deputat bildirdi ki, qısa müddətdə azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə başlanıldı.

“Həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Qarabağ yenidən dirçəlir, yeni xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət ocaqları inşa olunur”-C.Məmmədov əlavə etdi.

Deputat qeyd etdi ki, bu gün işğaldan azad olunmuş ərazilərdən olan insanların bizə müraciətlərinin böyük bir hissəsi onların işğaldan azad olunmuş bölgələrə sərbəst gediş-gəlişinə, dünyasını dəyişmiş insanların həmin ərazilərdə dəfninə şəraitin yaradılması ilə bağlıdır: “Əlbəttə, biz anlayırıq ki, bölgədə hələ də mina təhlükəsi qalır. Bu gün kimi 270 insanın minaya düşməsi bu fikri bir daha təsdiq edir. Məlum olduğu kimi, bu gün işğaldan azad olunmuş ərazilərin bəzilərinə avtobus səfərləri təşkil edilir. Ancaq bunu bütün bölgələrimiz haqqında demək mümkün deyil. Odur ki, düşünürəm növbəti ildən işğaldan azad olunmuş ərazilərdən olan insanların həmin bölgələrə gediş gəlişinin asanlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İnsanlarımızın hazırda dövlətimizdən gözləntilərindən biri məhz budur”.

Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top