Sərhəddə ƏMƏLİYYAT: saxlanılanlar var — FOTO

HADİSƏ 30 dek 2022, 13:20
Füzulidə narkotik qaçaqmalçıları saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, dekabrın 28-də saat 21:15-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib. Nəticədə Bakı şəhər sakini 34 yaşlı Balışov Elmir Əziz oğlu və onun həmyaşıdı Xaçmaz rayon sakini Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

Saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülüb.

akt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top