Hulusi Akar Rusiyada səfərdədir

REGİON 28 dek 2022, 19:30
Türkiyənin milli müdafiə naziri Hulusi  Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiyada rəsmi səfərdədir.

Nazir Akar və MİT rəhbəri Hakan Fidan, Rusiya müdafiə naziri Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas ilə görüşüb.

Görüşdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib.

Konstruktiv atmosferdə keçən görüş nəticəsində Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunması üçün üçtərəfli formatda görüşlərin davam etdirilməsi razılaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top