Rusiyadan Ermənistana sərt etiraz: “Bu, təxribatdır”

REGİON 27 dek 2022, 18:00
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın bəyanatını “təxribat” adlandırıb.

Demokrat.az
xəbər verir ki, Kremlin sözçüsü Ermənistan rəsmisinin iddiasının həqiqəti əks etdirmədiyini bildirib.

“Belə bəyanatları təxribat xarakterli hesab etmək olar. Bunlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərinin heç biri bunu deməyib və heç kimin vasitəsilə erməni tərəfinə təqdim etməyib”, - Peskov vurğulayıb.

Qriqoryan bundan əvvəl Rusiyanı Laçın yolunu bağlamaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya Ermənistandan Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edir. (teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top