SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir? — FOTO

ŞOU-BİZNES 27 dek 2022, 12:56
Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfər etməsi barədə xəbər vermişdik. 

İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.

SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.

Demokrat.az "MOUZE"yə istinadən xəbər verir ki, bu barədə "Təbriz-Turan" TV məlumat yayıb. 

Qeyd olunur ki, SEPAH-ın iddiasına görə, Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəlib: "Azərbaycan Respublikası kəşfiyyatçılarından birinin həyat yoldaşı olan azərbaycanlı müğənni Şəbnəm Tovuzlu İrana səfər edib və Qum və Məşhədə gedib".

Turkustan.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top