Salyan rayonunun elektrik şəbəkəsi yenilənir — FOTOLAR

SOSİAL 26 dek 2022, 20:26
Bu gün Salyan rayonunun elektrik şəbəkəsində tam yenilənmə prosesi həyata keçirilir.

Demokrat.az xəbər verir ki, bununla da  Salyan sakinlərinin  işıqsız günlərinə son qoyulacaq.


Uzun illər idi ki, Salyan rayonunun kənd və qəsəbələrində elektrik şəbəkəsi istismarda olduğundan istehlakçılar üçün müəyyən çətinliklər yaranırdı. Bütün bu çatışmazlığı nəzərə alan  “Azərişıq” ASC Salyanda yenidənqurma işlərinə start verib.

Artıq rayonun yaşayış məntəqələri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməyə başlayır. Yeni xətlərin çəkilməsi Salyan və ətraf rayonların elektrik təchizatında xüsusi rola malik olacaq.


Təbii ki,elektrik xətlərinin yenilənməsi sakinlərin sevinci olmaqla yanaşı, həm də  rayon iqtisadiyyatının, kənd təsərrüfatının, sosial rifahın daha da yaxşılaşmasında təsir göstərəcək. 


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top