Bu gün Salyan rayonunun elektrik şəbəkəsində tam yenilənmə prosesi həyata keçirilir.
Demokrat.az xəbər verir ki, bununla da Salyan sakinlərinin işıqsız günlərinə son qoyulacaq. 
Uzun illər idi ki, Salyan rayonunun kənd və qəsəbələrində elektrik şəbəkəsi istismarda olduğundan istehlakçılar üçün müəyyən çətinliklər yaranırdı. Bütün bu çatışmazlığı nəzərə alan“Azərişıq” ASC Salyanda yenidənqurma işlərinə start verib. 

Təbii ki,elektrik xətlərinin yenilənməsi sakinlərin sevinci olmaqla yanaşı, həm də rayon iqtisadiyyatının, kənd təsərrüfatının, sosial rifahın daha da yaxşılaşmasında təsir göstərəcək. 
Leyla Demokrat.az


