Ölkəyə on bir ayda 400 milyon dollarlıq buğda idxal edilib

SOSİAL 26 dek 2022, 17:07
Cari ilin yanvar-noyabr aylarında 1 milyon 167 min 957 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, idxal edilən buğdanın dəyəri 398 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 287,5 milyon dollar olmaqla 1 milyon 17 min 503 ton buğda idxal edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top