Bayram Səfərovu oturduğu binadan çıxardılar — FOTO

SOSİAL 26 dekabr 2022, 15:57
“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın yeni binası “Qərbi Azərbaycan” İcmasının balansına verildiyindən bu bina tam boşaldılıb.

Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, Şuşa Şəhər İcra Hakimiyyətinin  aparatı başda olmaqla, deputat Tural Gəncəliyevin rəhbəri olduğu “Qarabağa Dönüş” İctimai Birliyi Bakının Nərimanov rayonu, Gülarə Qədirbəyova  9 ünvanıdan çıxarılıb.
Uzun illərdir ki, həmin binada əyləşən Şuşanın icra başçısı Bayram Səfərov da Seyid Yəhya Bakuvi küçəsində yeni binaya köçüb.

Xatırladaq ki, 2  gün əvvəl Prezident İlham Əliyevin də ziyarət etdiyi bu binada bir sıra təmir işləri görülüb və ora “Qərbi Azərbaycan” İcmasının balansına verilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top