Azərbaycanlı generalın qızlarının Londondakı restoran biznesi — ÜNVAN (FOTOLAR)

SOSİAL 26 dek 2022, 15:07
Londonda Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarına məxsus bahalı restoran fəaliyyət göstərir.

Demokrat.az
xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook hesabında məlumat verib. O, restoranın fotolarını paylaşaraq aşağıda sözləri yazıb:

"Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibləri Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. Restoran Londonda fəaliyyət göstərən iki şirkət - "FOLEY'S RESTAURANT LIMITED" və onun törəməsi olan "LONDON GASTRONOMY GROUP LTD" tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top