Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? — SATATİSTİKA

SOSİAL 25 dek 2022, 17:45
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 564 aktiv xəstə var. Bu günə qədər 10 006 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 930, bu günə qədər isə ümumilikdə 7 420 424 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top