“Qarabağ erməniləri artıq Vardanyanla bir yerdə olmaqdan imtina edirlər”

GÜNDƏM 21 dek 2022, 23:03
“Azərbaycan vətəndaşlarının Şuşa-Xankəndi yolunda həyata keçirdiyi dinc aksiya öz nəticələrini verməkdədir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, aksiya iştirakçılarının əsas tələbi Azərbaycanın sərvətlərinin talanmasına son qoymaq, Laçın dəhlizi üzərində qeyri-qanuni daşımaçılığı sonlandırmaq, eləcə də Laçın yolu üzərində Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin birgə əməliyyatı həyata keçirməkdən ibarətdir:


"Bu tələblər suveren Azərbaycan ərazisində sivil tələbləri əhatə edir. Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan sərvətlərinin talanmasıyla məşhur olan Ruben Vardanyan Xankəndində izdihamlı mitinq keçirtmək qərarında idi. Bəzi ehtimallara görə, mitinq iştirakçılarına Vardanyan pul paylayırdı, avtobuslar təşkil edirdi. Lakin onun bu çağırışına səs verən olmadı, çünki Qarabağ erməniləri çox yaxşı anlayırlar ki, Vardanyan Xankəndinə yerləşdikdən sonra Qarabağ ermənilərinə yalnız çətinliklər gətirib və onlar geci-tezi Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər".  

"Separatçıların yanında olmaq, Azərbaycan torpaqlarını bölmək və burada yeni dövlət yaratmaq iddiaları baş tutmayacaq. Azərbaycan öz prinsipallığı ilə atdığı praqmatik addımlarla bunu nümayiş etdirir və aksiya bitəndən sonra bölgənin hərbsizləşdirilməsi ən aktual məsələyə çevrilir. Çünki üçtərəfli bəyanatın 4-cü maddəsinə görə əraziyə rus sülhməramlıları yerləşməsinə paralel olaraq Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərk etməli idilər. İki il ərzində bu proses baş verməyib. Ona görə də, bu prosesə vaxt keçmədən başlamaq lazımdır. Bölgəni demilitirizasiyası ən önəmli prioritet təşkil edir. Məhz buna görə, Qarabağ erməniləri artıq Vardanyanla bir yerdə olmaqdan imtina edirlər. "Dövlət naziri" yalnız çirkli pulların yuyulmasıyla, qeyri-qanuni əməllərlə varlansa da, Azərbaycan ərazilərində sərvətlərimizi talamaqla, böyük pullar qazanmaq niyyətləri puça çıxacaq".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top