Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var — FOTO

HADİSƏ 20 dek 2022, 10:28
Yasamal rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Tbilisi prospektində Bakıxanov körpüsünün altında qeydə alınıb.

Belə ki, “Toyota Prius” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən “Prius” körpünün sütununa dəyərək dayanıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Sıradan çıxmış minik maşınları ərazidən götürülüb.

Qəza nəticəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü xəsarət alıb. O, təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top