Zakir Həsənov Türkiyəyə səfər edəcək

HƏRBİ 19 dek 2022, 14:58
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, səfər dekabrın 21-də baş tutacaq.

Məlumata görə, nazir Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.

Qeyd edək ki, görüş Türkiyənin Kayseri şəhərində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top