Prezidentin xüsusi nümayəndəsi: “Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaradılacaq”

İNFRASTRUKTUR 18 dek 2022, 15:22

Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yerinin yaradılması planlaşdırılır.

Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu da şübhəsiz, ölkənin ÜDM-də daha yüksək artıma töhfə verəcək: "Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada bütün sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və gömrük vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaqlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top