Rəsmi Moskvadan Laçın yolunun bağlanmasına ilk REAKSİYA

REGİON 15 dek 2022, 14:41
Rəsmi Moskva Laçın yolunun bağlanmasına münasibət bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı danışıb.

Onun sözlərinə görə, buna filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları səbəb olub.

“Biz ən yaxın zamanda nəqliyyat əlaqələrinin bərpasına ümid edirik, Rusiya sülhməramlı kontingenti gərginliyi azaltmaq üçün fəal işləyir”, - deyə Zaxarova bildirib. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top