““Dəmir yumruğ”un yenidən həyata keçməsi zərurəti meydana gələcək” — AÇIQLAMA

GÜNDƏM 14 dek 2022, 21:57
“Şuşa-Xankəndi yolundakı aksiyanın sonuna qədər davam edəcəyini düşünürəm. Yəni, ekoloqlarımızın monitorinq keçirmək üçün Xankəndiyə və Qarabağın digər bölgələrinə girişinə icazə verilməlidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib. Politoloq qeyd edib ki, bu münaqişənin güclənməsinə də gətirə bilər. 

“Bunun da başlıca günahkarı rus sülhməramlıları olacaq. Çünki onların səyləri nəticəsində Azərbaycan ekoloqları öz torpaqlarımızdakı təbii sərvətlərinin talan edilməsinin qarşısını ala bilmədiyi üçün Laçın koridoru bağlanıbdır. Onların zirehli maşınları, tankları, silahlı əsgərləri azərbaycanlıların Laçın koridorundan keçməsini əngəlləyirlər və bunun nəticəsində də ermənilər Laçın koridorundan istifadə edə bilmirlər. Əgər münaqişə bu aksiyanın nəticəsində daha da kəskinləşərsə, bu bizim üçün çox ciddi çağırış olacaq. Bu çağırışın nəticəsində “dəmir yumruğ”un yenidən həyata keçməsi zərurəti meydana gələcək”.  

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top