ABŞ Ukraynaya "Patriot"lar göndərməyə hazırlaşır — İDDİA

DÜNYA 14 dek 2022, 20:26
ABŞ Ukraynaya Rusiyaya qarşı hava hücumundan müdafiə sistemi tələblərinə cavab verən "Patriot" batareyaları göndərməyi düşünür.

Demokrat.az xəbər verir ki, bu iddia ilə ABŞ mediası rəsmi mənbələrə istinadən çıxış edib.

Planın sona yaxınlaşdığını bildirən səlahiyyətlilər, məsələ ilə bağlı dekabrın 15-də rəsmi açıqlamanın verilə biləcəyini qeyd ediblər. Mövzu ilə bağlı Ağ Evdən və ya ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə, artıq Rusiya belə bir qərara qarşı çıxıb. Hələ keçən ay Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq etmişdi ki, NATO Ukraynaya "Patriot" sistemləri verməməlidir.

“NATO-nun baş katibi Yens Stoltenberqin dediyi kimi, əgər NATO ukraynalı fanatikləri NATO personalı ilə yanaşı “Patriot” sistemləri ilə təmin edərsə, onlar silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək”, - Medvedev bildirib.

Qeyd edək ki, Vaşinqton administrasiyası bu yaxınlarda Ukraynaya əlavə 400 milyon dollarlıq hərbi yardım ayırmaq qərarına gəlib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top