“Vardanyan kimi ünsürlər torpaqlarımızda ekoterror törətməməlidir” — Fikrət Sadıqov

SİYASƏT 14 dek 2022, 15:49
“Bu rus sülhməramlılardan hər şey gözləmək olar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Sabiq diplomat əlavə edib ki, ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası dinc məqsəd daşıyır.

“Təbii ki, bu dinc nümayiş bir məqsəd daşıyır. Ora General Volkovun gəlməsi və ikinci mərhələdə isə  öz mədənlərimizin monitorinq edilməsinə şərait yaradılmalıdır. Bizim əsas məqsədimiz budur. Biz buna bütün hallarda nail olmalıyıq. Çünki ora bizim torpaqlarımızdır. Ruben Vardanyan kimi ünsürlər bizim torpaqlarımızda ekoterror törətməməlidir. Biz buna imkan verməməliyik. Bu bizim başlıca strateji məqsədimizdir. Biz silahsız, dinc insanlarıq. Öz torpaqlarımızda dayanmışıq və tələblərimizi irəli sürmüşük. Bu tələblər tamamilə əsaslıdır. Bizim torpaqlarımızda baş verən hadisələrə tam nəzarət etməyə hüququmuz var. Bununla bağlı təbii ki, rus sülhməramlıları tərəfindən müəyyən problemlər törədiləcək. Çünki general Volkov müstəqil bir şəxs deyil, o Moksvadan, Müdafiə Nazirliyindən, Kremldən bir tapşırıq gözləyir. Görünür onlarla məsləhətləşmələr aparır. Amma, gec-tez bir qərar tapılmalıdır. Təbii ki, bizim xeyrimizə qərar qəbul olunmasa, bizim orada dayanmağımızın tam əsası var. Reallıq budur! Sonrakı gedişatlar isə hansı addımlarımızı növbəti dəfə atmalı olduğumuzu göstərəcək”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top