Sülhməramlılar fəalları hərbi postun ərazisindən çıxarmaq istəyir, QHT-lər imtina edirlər — VİDEO

GÜNDƏM 12 dek 2022, 13:54
Rusiya sülhməramlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi azərbaycanlı fəallardan sülhməramlı kontingentin postunun ərazisini tərk etməyi tələb etsə də, fəallar kontingent komandanının əraziyə gəlməsini istəyirlər.

"Report"un müxbiri bunu bu gün səhər saatlarından etibarən Azərbaycan QHT-lərinin etiraz aksiyasının keçirildiyi postun yaxınlığındakı hadisə yerindən xəbər verir.

"Üçtərəfli bəyanata əsasən sizdən ərazini tərk etməyinizi xahiş edirəm", - hərbi geyiminə əsasən polkovnik olduğu güman edilən, lakin soyadı yazılan nişanı çıxarmış rusiyalı hərbçi deyib.

Buna cavab olaraq ekologiya üzrə QHT-ləri təmsil edən fəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun onlarla görüşməsini tələb edirlər.

Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində azərbaycanlı fəalların və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası davam edir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top