Azərbaycanlıların etirazları bəhrə verdi: Sülhməramlılar iriçaplı silahları yığışdırdılar — CANLI YAYIM (YENİLƏNİB)

QARABAĞ 12 dek 2022, 12:51
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb. 

Oxu.Az xəbər verir ki, ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.


12:12

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.


Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. 

Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb. 

Aksiya iştirakçıları ondan alkoqol qoxusunun gəldiyini də bildiriblər.


12:06
Rusiya sülhməramlıları aksiya keçirilən əraziyə ağır texnika və iriçaplı silahlar gətirməyə davam edir. 


Rusiyalı hərbçilər əraziyə əlavə canlı qüvvə də cəlb edirlər.


11:48

Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı fəallar Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət ediblər.


“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.

Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.


11:44

Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.


Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.

Həmin görüntüləri təqdim edirik:


11:12

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.


“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, postda dayanan Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib.
 


10:29

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.


“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top