Dünya çempionatı iki ildən bir keçiriləcək?

İDMAN 09 dek 2022, 18:38
Qətərdə keçirilən dünya çempionatı başa çatmamış növbəti mundiallarla bağlı yeni iddialar yayılmağa başlayıb.

Demokrat.az xəbər verir ki, artıq dünya mediasında turnirin iki ildən bir keçirilməsi barədə informasiyalar sürətlə tirajlanmağa başlayıb. FİFA-nın qlobal futbolun inkişafı departamentinin rəhbəri olan Arsen Venger isə bunun əleyhinədir. Fransalı mütəxəssis bu barədə "L`Equipe" nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, geniş müzakirə edilən məsələ planetin ali futbol qrumunun planlarına daxil deyil:

"Onlar məndən bu barədə düşünməyimi istədilər və pis ideya olmadığını dedim. Amma bu, seçmə mərhələ təqviminə tam yenidən baxılmasını tələb edəcək. Bu gün biz buna doğru getmirik. Daha çox dörd ildən bir keçirilən tsiklə üstünlük veririk. Getdikcə vacib turnirə çevrilən qadınlar arasında dünya çempionatı, Avropa çempionatı və klublararası dünya çempionatı var. Bunların hamısını nəzərə almaq lazımdır".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il mundialı ilə bağlı artıq yenilik edilib. Həmin dünya çempionatında tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top