Ölkədə peyvənd olunanların sayı AÇIQLANDI — FOTO

SOSİAL 09 dek 2022, 16:58
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 300 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 132, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir. 

Vurulan vaksinlərin ümumi sayı 13 925 234, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 639, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 762, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 173 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top