Gənc oğlan qardaşına xəsarət yetirdi — Şəkidə OLAY

KRİMİNAL 09 dek 2022, 11:30
Şəki rayonunda 1998-ci il təvəllüdlü Sərdar şəxsi münaisbətlər zəminində qardaşı Cavada (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qoxmuq kəndində  baş verib. Sərdar bu ilin avqustun 5-də, gecə saat 01.20-də yaşadığı evin həyatyani sahəsində mətbəx kimi istifadə etdikləri yerdə Cavadla mübahisə edib. 

Mübahisə zamanı Sərdar qardaşının sol qol nahiyəsinə boşqabın sınmış hissəsini ataraq xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Cavada nalayiq ifadələr işlədib: “Həmin vaxt qardaşım yanındakı dəm çaynikini mənə tərəf atdı. Lakin dəm çayniki mənə dəymədi. Bundan sonra mən də həyətdəki balaca su vedrəsini götürərək qardaşıma tərəf atdım. Amma su vedrəsi qardaşıma dəymədi. Qardaşım stolun üstündə olan yemək boşqabını götürərək mənə atdı. Həmin boşqab mənə dəymədi, divara dəyərək sındı. Qardaşımn bu hərəkətinə çox əsəbləşdiyim üçün atdığı boşqabın sınmış hissəsini götürdüm və ona atan zaman boşqabın sınmış hissəsi sol qol nahiyyəsinə dəydi. Bu zaman qardaşım xəsarət aldı”.

Bu cinayət işinə Şəki rayon Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top