“Paşinyan Azərbaycanla dəmir yolunun bərpasına məcburdur” — Akif Nağı

GÜNDƏM 08 dek 2022, 22:27
“Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli işçi qrupun Moskvada keçirilən görüşün nəticələrini şərh edib.

O, görüşdə Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun yenidən qurulması məsələsi müzakirə edib. Düşünürəm ki, bu görüşdə Paşinyanın “Azərbaycanla dəmir yolunun bərpasına hazırıq” ifadəsi inandırıcı deyil. Çünki Paşinyan dəfələrlə ziddiyyətli açıqlamalar səsləndirib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya sədri bildirib ki, baş nazirin yolun statusu ilə bağlı açıqlamalarında da birmənalı fikir yoxdur.

“Bunun adi yol olacağı, yaxud da dəhliz olacağı bugünədək bəlli deyil. Belə görünür ki, yolun açılmasıyla bağlı Rusiyanın da istəyi var. Paşinyanın bu açıqlaması da göstərir ki, yolu açmağa məcburdur. Sadəcə olaraq, ortaya özünə sərf edən müəyyən məsələlər qoymaq istəyir ki, bunu da Rusiyanın köməkliyi ilə həll edə bilsin. Düşünürəm ki, Qərb də bu yolun açılmasında həddindən artıq maraqlıdır. Çünki Çindən tutmuş Orta Asiyaya keçməklə, Azərbaycan üzərindən, oradan Avropaya çox böyük yükdaşıma olacaqdır. Ona görə, Qərb də bu yolun açılmasında maarqlıdır”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top