Dünya çempionatında bombardir kim olacaq?

İDMAN 08 dek 2022, 18:44
Hazırda futbol üzrə dünya çempionatında ən çox qol vuran futbolçu Fransa yığmasının hücumçusu Kilian Mbappedir.  

Demokrat.az-ın xəbərinə görə, forvard 1/4 finala qədər rəqib qapılarından 5 top keçirib. 

Ona ən yaxın qoleodorlardan 9 futbolçu hərəyə üç dəfə fərqlənib. Lakin İspaniya 1/8 finalda, Ekvador isə qrup mərhələsində mübarizəni dayandırdığından, müvafiq olaraq Alvaro Morata və Enner Valensiya artıq bu yarışdan uzaqda qalıblar.

Kodi Qakpo (Niderland), Oliver Jiru (Fransa), Leonel Messi (Argentina), Qonsalo Ramos (Portuqaliya), Rişarlison (Braziliya), Markus Reşford, Bukayo Saka (hər ikisi İngiltərə) mübarizəni davam etdirirlər. Adları sadalanan hər bir futbolçunun aktivində 3 qol var.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top