YapiKredi Müraciət Forması
Maliyyə

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində olacaq.

Bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat:

- işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50 300 000,0 manat.

İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

- İşsizliyə görə sığorta ödənişləri - 36 000 000.0 manat

- Peşə hazırlığı və əlavə təhsilin təşkili - 27 300 000.0 manat

- Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi - 1 600 000,0 manat

- Əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 000 manat

-. Haqqı ödənilən ictimai işlərin təşkili - 3 800 000,0 manat

- Özünüməşğulluq tədbirlərinin təşkili - 113 000 000.0 manat

- Sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi – 7 000 000 manat

- Peşə standartlarının hazırlanması - 1 000 000 manat

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri - 75 000 000,0 manat

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri – 50 000 000 manat

- Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması – 1 000 000 manat

- Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 2 000 000 manat

- Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri 1 000 000 manat. (apa)