Rusiya ordusu tərəfindən Xerson bölgəsində Ukrayna ilə müharibəyə cəlb edilmiş 50 nəfərə yaxın Özbəkistan və 40 nəfərədək Tacikistan vətəndaşı Kiyev hökumətinə təslim olub.
Demokrat.az Ukraynanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təslim olan şəxslər bir neçə il öncə işləmək üçün Rusiyaya gedən miqrantlar olub.
Rusiyanın Səfərbəlik Xidməti sözügedən miqrantların əkəsriyyətini Moskva bazarlarında saxlayaraq, Ukrayna ilə döyüş bölgələrinə cəlb edib.
Ancaq sözügedən miqrantlar cəbhəyə gələndən az sonra Ukraynanın Müdafiə Nazirliyinin "Evə sağ qayıt" adlanan dövlət poqramının "qaynar xətt"inə zəng edərək, təslim olublar.
Ukrayna hökuməti təslim olan əcnəbiləri öz ölkələrinin diplomatlarının müşayəti ilə evlərinə geri qaytarıb.
Ukrayna Müdafiə Nazirliyi oxşar formalarda Rusiya ordusu tərəfindən Ukrayna ilə döyüş zonalarına məcburi şəkildə göndərilən şəxslərə müraciət edib.
Müraciətdə təslim olmaq istəyən şəxslərin +38-066-580-34-98, +38-093-119-29-84 "qaynar xətt" telefon nömrələrinə zəng etmələri xahiş olunur.
Zaur Hacılı
Demokrat.az