Əfsanəvi futbolçudan böyük QALMAQAL— Mundialın səfiri yutuberi təpiklədi (FOTO/VİDEO)

İDMAN 06 dek 2022, 12:00
Əfsanəvi futbolçu və Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O daha bir qalmaqalla yadda qalıb.

Demokrat.az
xəbər verir ki , hadisə Qətərdəki "974" stadionunda keçirilən Braziliya - Cənubi Koreya oyunundan sonra baş verib .

 Matçı stadiondan izləyən Eto'O oyundan sonra azarkeşlərlə şəkil çəkdirib. Bu zaman əfsanəvi futbolçunu lentə alan yutuber onu özündən çıxardıb.

Qəzəbli Eto'O Said Mamouni adlı əlcəzairli youtuberi əvvəlcə təqib edib, daha sonra isə dava edərək dizi ilə üzünə vurub .

Mamouni zərbənin təsiri ilə yerə yıxılarkən, hadisəyə müdaxilə edən azarkeşlər futbolçunu oradan uzaqlaşdırıblar .

Dünya çempionatının səfiri olan Etonun bu hərəkəti isə idman cameəsində böyük əks -səda  yaradıb.


Arzu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top