DÇ-2022: İngiltərə 1/4 finalda Fransaya rəqib oldu

İDMAN 05 dek 2022, 00:57
İngiltərə yığması futbol üzrə Dünya çempionatında 1/4 finala yüksəlib.

Demokrat.az-ın xəbərinə görə, futbolun yaradıcıları Seneqalla 1/8 final görüşündə böyükhesablı qələbə ilə buna nail olublar. 

İlk hissədə son Afrika çempionu rəqibinə çətin anlar yaşadıb. Lakin fərqlənən ingilislər olub. Hissənin sonlarında Gordan Henderson və Harri Keyn əks-hücumlar zamanı afrikalıların qapısına yol tapıblar. Komandanın əsas hücumçusu Keyn çempionatda ilk qolunu və yığmada 52-ci topunu vurub. O, bununla da, Ueyn Runinin millidəki qol rekordu ilə bağı arada fərqi 1 qola çatdırıb.  

İkinci hissənin 12-ci dəqiqəsində Fil Fodenin dəqiq ötürməsini tamamlayan Bukayo Saka oyunda fərqi bir qədər də artırıb. Seneqalın hücumları isə təsirsiz qalıb və matç İngiltərə yığmasının 3:0 qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, bu qalibiyyətlə İngiltərə 4 il əvvəlki uğurunu təkrarlayıb. Onların 1/4 final mərhələsindəki rəqibi mundialın son qalibi və ikiqat dünya çempionu Fransa millisidir. 

4 dekabr
DÇ-2022
1/8 final mərhələsi.

23:00. İngiltərə - Seneqal - 3:0
Qollar: Cordan Enderson, 38, Harri Keyn, 45+3, Saka, 57

Zamiq
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top