“Çempion Braziliya olacaq…Peleni şəxsən tanıyıram” — ELMAR MƏMMƏDYAROV

SOSİAL 04 dek 2022, 15:26
“Futbol üzrə dünya çempionu Braziliya olacaq”.

Demokrat.az bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Modern Talking” tok-şousunda müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Qətərdə keçirilən mundial maraqlıdır: “Fikrimcə bu çempionatda Fransa çox güclüdür. Təəssüf ki, Almaniya kimi ciddi komanda qrupda qaldı”.

E.Məmmədyarov deyib ki, futbolla yaxından maraqlanır. “Mən və uşaqlarım İtaliyaya azarkeşlik edirik. Oğlanlardan biri Milan”a o biri “Yuventus”un azarkeşidir. Mən isə yaxşı futbolun həvəskarıyam”.

Sabiq nazir deyb ki, dünyanın futbol əfsanəsi Pele ilə şəxsən tanışdırlar. Onun sözlərinə görə, Pele ilə 1993-cü ildə Azərbaycanın BMT-də daimi nümayəndəliyində çalışarkən tanış olub. Məşhur futbolçu ona imzalı köynəyini bağışlayıb: “Çox maraqlı insandır”. ///Azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top