Rusiyada dörd nəfər yanaraq öldü

REGİON 04 dek 2022, 09:18
Rusiyanın Orenburq şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq vilayəti üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 3-nə keçən gecə Orenburq şəhərinin 374-cü km küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğın baş verən ərazinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top