"Putin Rusiyanın maraqlarını təmin etmək üçün danışıqlara açıqdır" — Peskov

REGİON 02 dek 2022, 17:17
"ABŞ Prezidenti Cozef Baydenin Rusiya ilə danışıqlar üçün şərtləri qeyri-mümkünsüz görünür".
 
Demokrat.az
"Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"ABŞ prezidenti Co Bayden faktiki olaraq Rusiya ilə danışıqların yalnız dövlət başçısı Vladimir Putinin Ukraynanı tərk etməsindən sonra mümkün olacağını deyir. Lakin bu, mümkün deyil, xüsusi hərbi əməliyyat davam edir".

Prezidentin mətbuat katibinin sözlərinə görə, ABŞ yeni əraziləri Rusiyanın bir hissəsi kimi tanımır və bu, qarşılıqlı müzakirələrin əsaslarını çətinləşdirir.

Peskov əlavə edib ki, Putin Rusiyanın maraqlarını təmin etmək üçün danışıqlara açıqdır:

"Putin ABŞ, NATO və ATƏT ilə danışıqlara başlamağa çalışdı, lakin təşəbbüsün qarşılığını almadı".

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top