Dünyaca məşhur aktyor oğurluq etdiyi dükana borcunu belə ödədi — FOTOLAR

DÜNYA 02 dek 2022, 12:39
Dünyaşöhrətli aktyor Duayn Conson mütəmadi oğurluq etdiyi dükandan bütün şokoladları satın alıb. 

Demokrat.az
  xəbər verir ki, 50 yaşlı aktyor "Instagram" hesabından yeniyetmə ikən oğurluq etdiyini açıqlayıb.

O, 14 yaşında idmana gedərkən marketden böyük ölçülü şokoladlar  oğurladığını etiraf edib.

Güləşdən aktyorluğa addım atan və sosial mediada 350 milyondan çox izləyiciyə sahib ulduz, bu hərəkəti bir il boyunca təkrarlayıb.

"Hər dəfə Havay adalarına gələndə, bura girib şokolad qutularını almağı özümə borc bilirəm" - deyə o, bildirib.

Marketdəki müştərilər üçün təxminən 300 dollarlıq şokolad alan Conson keçmiş səhvlərini belə dəyərləndirib:

"Keçmişi və o keçmişdə etdiyimi bəzi səhvləri dəyişə bilməsək də, bacardığımız qədər yaxşılıqlar edərək o səhvlərimizi bir az yumşalda  bilərik".


Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top