Bakıda 45 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 30 noy 2022, 11:36
Bakının Suraxanı rayonunda 1977-ci il təvəllüdlü İbrahim ailə münaqişəsi zəminində arvadı Mətanətə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 20-də, saat 22.30-da rayonun Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində baş verib. 
İbrahim yaşadığı evdə arvadı Mətanətə onlarla birlikdə yaşayan azyaşlı nəvəsi Əlinin nə səbəbdən evdə olmadığını soruşub. 

Bu zaman Mətanət deyib ki, uşağı anası Fatma gələrək öz evinə aparıb. Bunun üstündə ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı İbrahim arvadını əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq ona  xəsarətlər yetirib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən İbrahim törətdiyi əməli etiraf edib. O bildirib ki, iyulun 20-də, saat 18 radələrində evə gəldiyi zaman mağazadan spirtli içki alaraq yemək yeyərkən spirtli içkini qəbul edib. 

Onun sözlərinə görə, nəvəsinin üstündə arvadı ilə mübahisə edib və mübahisə zamanı onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Təqsirli bilinən şəxs arvadı ilə barışdığını deyib. 

Bu işə Suraxanı rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin arvadı ilə barışmasını, arvadının ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top