Bakıda maşın 4 avtomobilə çırpılıb, xəsarət alan var — VİDEO/FOTO

HADİSƏ 28 noy 2022, 09:21
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil yüksək sürətlə Sübhan Xəlilovun idarə etdiyi “BMW”yə cırpılıb. İdarəetmədən çıxan avtomobil ardınca yol kənarında dayanmış “Qazel”ə, sonra isə “Chevrolet” və “Hyundai”ya dəyib. “Nissan” yalnız bardürə çırpıldıqdan sonra dayana bilib.

S.Xəlilov APA-ya bildirib ki, “Nissan”ın sürücüsü narkotik maddənin təsiri altında olub. O, xəsarət alaraq xəstəxanaya aparılıb. S.Xəlilov “Nissan”ın sürücüsünün narkotik müayinədən keçməsini tələb edib. Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində Azadlıq prospektindən Binəqədi istiqamətinə gedən yolda tıxac yaranıb. Polis əməkdaşları hərəkəti tənzimləyir. Qəza ilə bağlı avtotexniki ekpertiza təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top