DÇ-2022-də II tura yekun vurulacaq

İDMAN 28 noy 2022, 09:08
Bu gün Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində II tura yekun vurulacaq.

Demokrat.az
-ın məlumatına görə, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.

H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
Qrup mərhələsi, II tur


G qrupu

14:00. Kamerun - Serbiya
20.00. Braziliya - İsveçrə

Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.

H qrupu

17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya - Uruqvay

Xal durumu: Portuqaliya - 3, Uruqvay - 1, Cənubi Koreya - 1, Qana - 0

Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top